BDM xoş gəlmisiniz

Beynəlxalq Dil Mərkəzi

Beynəlxalq Dil Mərkəzi 2010-cu il iyun ayından fəaliyyət göstərir.

Mərkəzin əsas məqsədi gənc tələbələrə və alimlərə Avropa dillərinin (Alman, Ingilis, Rus, Fransiz, Ispan) öyrədilməsində və əsasən Almaniya Federativ Respublikası, Avstriya Respublikası, İsveçrə Konfederasiyası və eləcə də digər Avropa universitetlərinin təhsil sistemi ilə tanış olmaqda yardımçı olmaq və onları bu yolda dəstəkləməkdir.

BDM xoş gəlmisiniz

Beynəlxalq Dil Mərkəzi

Beynəlxalq Dil Mərkəzi 2010-cu il iyun ayından fəaliyyət göstərir.

Mərkəzin əsas məqsədi gənc tələbələrə və alimlərə Avropa dillərinin (Alman, Ingilis, Rus, Fransiz, Ispan) öyrədilməsində və əsasən Almaniya Federativ Respublikası, Avstriya Respublikası, İsveçrə Konfederasiyası və eləcə də digər Avropa universitetlərinin təhsil sistemi ilə tanış olmaqda yardımçı olmaq və onları bu yolda dəstəkləməkdir.

İstifadəçi Girişi

İstifadəçi Adı :
Şifrə :
Şifrəmi Unutdum
İstifadəçi paneli
#_dili #_dili #_dili #_dili
İntensiv
Qeyri-intensiv İngilis dili kursu
Ümumi
TOEFL
IELTS

İngilis dili

Beynəlxalq Dil Mərkəzində İngilis dilinin tədrisi ümumilikdə 6 səviyyədən ibarətdir: Beginner, Elementary, Pre-intermediate, Intermediate, Upper intermediate, Advanced.

Dərslərə başlamazdan əvvəl tələbələrin ingilis dili səviyyələri yoxlanılır və hər tələbə öz dil biliyinə uyğun qruplarda dərsə başlayır.

Tədris zamanı hər səviyyənin çərçivəsində aşağıdakı bacarıqlar inkşaf etdirilir:

  • Yazı
  • Dinləmə
  • Danışıq
  • Oxuma
  • Qrammatika
  • Söz ehtiyyatı
  • Düzgün tələffüz

Dərslər müxtəlif intensivlikdə, həftədə 2-3 və ya 5 dəfə olmaqla həm qrup formasında həm də fərdi şəkildə keçirilir. Danışıq klublarımız həftədə 1 və ya 2 dəfə xarici müəllimlər tərəfindən aparılır və BDM tələbələri üçün pulsuzdur.

Ümumi İngilis dili

  • 1 həftədə 3 dəfə dərs
  • 1 dərsin müddəti 60 dəq / Qrupda məşğələ (2-4 nəfər)
  • 1 pillə üçün 3 ay qarantiya
  • Bitirdikdə beynəlxalq sertifikat
  • Pulsuz yoxlama testi

Qeyri İntensiv İngilis dili

  • 1 həftədə 3 dəfə dərs
  • 1 dərsin müddəti 2 saat / Qrupda məşğələ (3-5 nəfər)
  • 1 dərsin müddəti 3 saat / Qrupda məşğələ (6-12 nəfər)
  • 1 pillə üçün 2.5 ay qarantiya
  • Bitirdikdə beynəlxalq sertifikat
  • Pulsuz yoxlama testi

İntensiv İngilis dili

  • 1 həftədə 5 dəfə dərs
  • 1 dərsin müddəti 2 saat / Qrupda məşğələ (3-5 nəfər)
  • 1 dərsin müddəti 3 saat / Qrupda məşğələ (6-12 nəfər)
  • 1 pillə üçün 1.5 ay qarantiya
  • Bitirdikdə beynəlxalq sertifikat
  • Pulsuz yoxlama testi

Fərdi İngilis dili -  1 dərs (60 dəq.\ 90 dəq.)

  • Fərdi dərslər üçün əvvəl tələbənin ingilis dili səviyyəsi yoxlanılır
  • hər tələbə öz dil biliyinə uyğun səviyyədə müəllimlə fərdi hazırlaşır
  • dərsin müddətini və həftədə neçə dəfə olmasını tələbə özü müəyyən edir.

IELTS Training

IELTS (International English Language Testing System)

Beynəlxalq İngilis Dili Testinə hazırlıq

Beynəlxalq Dil Mərkəzi olaraq IELTS kurslarına böyük əhəmiyyət veririk. IELTS kurslarımızda dərsləri peşəkar İngilis müəllimlər və İngiltərədə təhsil almış Azərbaycanlı müəllimlər tədris edirlər. Kurslarımızda ən aktual materiallar istifadə olunaraq dilin dörd bacarığını (Dinləmə, Yazı, Oxu, Danışıq) inkişaf etdirən tapşırıqlar verilir tələbələrə.

IELTS imtahanına hazırlaşmaq üçün tələbənin dil biliyi ən az intermediate səviyyəsində olmalıdır. Dərslərə başlamazdan əvvəl tələbələrin ingilis dili səviyyələri yoxlanılır və tələbənin Pre-IELTS və ya IELTS hazırlığına uyğun olduğu müəyyən edilir.Bu səviyyədən başlayaraq tələbə ilk 60 saatda  Pre-IELTS kursunu və növbəti 60 saatda IELTS kursunu keçmiş olur. Ümumi kurs 120 saat  davam edir. Uyğun qrup və ya fərdi dərs proqramı tərtib olunur. Kurs müddətində testlər ve imtahan məşqləri keçirilərək imtahanda yüksək bal toplaması üçün tələbələrimizə lazımi bilik və təcrübələri tam şəkildə başa salırıq. Peşəkar heyətimiz və çoxçeşidli ədəbiyyatımızın köməyi ilə tələbələrimizin uğur qazanmağına çalışırıq.

IELTS kursuna qoşulmaq sadəcə imtahanda uğurlu olmağınıza zəmanət vermir, eyni zamanda İngilis dili biliyinizi də zənginləşdirir. Əlinizdə beynəlxalq sertifikatın olması sizi rəqiblərinizdən bir addım önə aparmış olacaqdır.

BDM-in IELTS Kursu sizi gələcəyinizə hazırlayır.

BDM-də IELTS imtahanına hazırlıq həm qrup həm də fərdi şəkildə keçirilir.

IELTS Training -  İntensiv kurs

  • 1 həftədə 5 dəfə dərs
  • 1 dərsin müddəti 1 saat / Qrupda məşğələ (3-5 nəfər)
  • Pulsuz yoxlama testi
  • Pulsuz sınaq testi

IELTS Training – Qeyri intensive kurs

  • 1 həftədə 3 dəfə dərs
  • 1 dərsin müddəti 1 saat / Qrupda məşğələ (3-5 nəfər)
  • Pulsuz yoxlama testi
  • Pulsuz sınaq testi

TOEFL Traning

TOEFL (Test of Engilish as a Foreign Language) Standart Amerikan İngiliscəsini universitet səviyyəsində istifadə edə bilmə və anlaya bilmə bacarığını ölçən testdir.Əksər Amerika universitetləri TOEFL tələb edir.

TOEFL kurslarımızda dərsləri peşəkar İngilis müəllimlər və xaricdə təhsil almış Azərbaycanlı müəllimlər tədris edirlər. Kurslarımızda ən aktual materiallar istifadə olunaraq dilin dörd bacarığını (Dinləmə, Yazı, Oxu, Danışıq) inkişaf etdirən tapşırıqlar verilir tələbələrə.

TOEFL imtahanına hazırlaşmaq üçün tələbənin dil biliyi ən az intermediate səviyyəsində olmalıdır. Dərslərə başlamazdan əvvəl tələbələrin ingilis dili səviyyələri yoxlanılır və tələbənin Pre-TOEFL və ya TOEFL hazırlığına uyğun olduğu müəyyən edilir.

Pre-TOEFL kursu TOEFL kursuna keçmək üçün hazırlıq məqsədilə yaradılmışdır. Kursun məqsədi tələbələrin hal hazırki İngilis dilində olan biliklərinin səviyyəsini qaldırmaq və TOEFL kursunun rahat anlaşıla bilməsi üçün onları öncədən hazırlaşdırmaqdır.

Bu səviyyədən başlayaraq tələbə ilk 60 saatda  Pre kursunu və növbəti 60 saatda TOEFL kursunu keçmiş olur. Ümumi kurs 120 saat  davam edir. Tələbənin dil biliyinə uyğun qrup və ya fərdi dərs proqramı tərtib olunur. Kurs müddətində testlər ve imtahan məşqləri keçirilərək imtahanda yüksək bal toplaması üçün tələbələrimizə lazımi bilik və təcrübələri tam şəkildə başa salırıq. Oxuma hissəsi ən çox vaxt tələb edən hissələrdən biri olmasına baxmayaraq, düzgün strategiya ve ki kaynak seçdiyim materialların köməyi ilə, kursun sonunda Reading hissəsindən yüksək bir bal toplmağınız heç  çətin olmayacaq.

TOEFL kursuna qoşulmaq sadəcə imtahanda uğurlu olmağınıza zəmanət vermir, eyni zamanda İngilis dili biliyinizi də zənginləşdirir. Əlinizdə beynəlxalq sertifikatın olması sizi rəqiblərinizdən bir addım önə aparmış olacaqdır.

BDM-in TOEFL Kursu sizi gələcəyinizə hazırlayır.

BDM-də TOEFL imtahanına hazırlıq həm qrup həm də fərdi şəkildə keçirilir.

TOEFL Training – Qeyri intensiv

1 həftədə 3 dəfə dərs
1 dərsin müddəti 1 saat / Qrupda məşğələ (3-5 nəfər)
Pulsuz yoxlama testi
Pulsuz sınaq testi

TOEFL Training – Fərdi

1 dərs (60 dəq.)

fərdi dərslər üçün əvvəl tələbənin ingilis dili səviyyəsi yoxlanılır
hər tələbə öz dil biliyinə uyğun səviyyədə müəllimlə fərdi hazırlaşır
dərsin müddətini və həftədə neçə dəfə olmasını tələbə özü müəyyən edir.

Copyright © 2017 BDM
developed by ibp