BDM xoş gəlmisiniz

Beynəlxalq Dil Mərkəzi

Beynəlxalq Dil Mərkəzi 2010-cu il iyun ayından fəaliyyət göstərir.

Mərkəzin əsas məqsədi gənc tələbələrə və alimlərə Avropa dillərinin (Alman, Ingilis, Rus, Fransiz, Ispan) öyrədilməsində və əsasən Almaniya Federativ Respublikası, Avstriya Respublikası, İsveçrə Konfederasiyası və eləcə də digər Avropa universitetlərinin təhsil sistemi ilə tanış olmaqda yardımçı olmaq və onları bu yolda dəstəkləməkdir.

BDM xoş gəlmisiniz

Beynəlxalq Dil Mərkəzi

Beynəlxalq Dil Mərkəzi 2010-cu il iyun ayından fəaliyyət göstərir.

Mərkəzin əsas məqsədi gənc tələbələrə və alimlərə Avropa dillərinin (Alman, Ingilis, Rus, Fransiz, Ispan) öyrədilməsində və əsasən Almaniya Federativ Respublikası, Avstriya Respublikası, İsveçrə Konfederasiyası və eləcə də digər Avropa universitetlərinin təhsil sistemi ilə tanış olmaqda yardımçı olmaq və onları bu yolda dəstəkləməkdir.

İstifadəçi Girişi

İstifadəçi Adı :
Şifrə :
Şifrəmi Unutdum
İstifadəçi paneli
#_dili #_dili #_dili #_dili
Ümumi
Qeyri - intensiv Alman dili
İntensiv (TELC A1-C1)
TestDaF
İqtisadi
Tibbi
Hüquqi

Alman dili

Ümumi məlumatlar

BDM-də ALMAN DİLİ aşağıdakı formalarda tədris olunur:

  • Ümumi kurs
  • Qeyri-intensiv kurs
  • İntensiv kurs (A1-C2)
  • TestDaF imtahanına hazırlıq  kursu
  • İqtisadi alman dili
  • Tibbi alman dili
  • Hüquqi alman dili

Qrupda tələbə sayı

Qruplarımız  8-14 nəfərdən ibarət olur. Dərs zamanı hər bir kurs iştirakçısına fərdi yanaşılır və əlavə izahatlar veririk. Dərsdə ünsiyyətə, danışığın inkişafına mühüm yer veririk. Çalışırıq ki, bütün tələbələr dərsdə danışsın və dərsdə fəal iştirak etsinlər.

Dil səviyyələri

Biz 6 səviyyədə Alman dilini tədris edirik.:"Avropanın Vahid Qiymət Sistemi" çərçivəsinə uyğun olaraq A1(ən aşağı) səviyyəsindən ən yüksək C2 səviyyəsinə kimi

Testlər

Hər bir səviyyənin sonunda test imtahanı keçiririk. Ən azı 75%-i toplayan iştirakçılar növbəti mərhələyə keçirlər.

Ev tapşırıqları

Evə verilən tapşırıqlara hər dərs üçün hazırlıqlı olmağı kurs iştirakçılarımızdan tələb edirik.

Müəllimlər

BDM-də fəaliyyət göstərən müəllimlər təcrübəli və xaricdə təhsil almış yerli müəllimlərdir. Eləcə də Almaniya və ya Avstriyadan xüsusi dəvət edilmiş Alman dilli müəllimlərdir.

Dərs metodikası

Dərslər kommunikativ metodlar əsasında keçirilir ki, bu da iştirakçının nitqinin fəal olmasına və onun daha çox ünsiyyətdə olmasına şərait yaradır.
Kommunikativ metod ənənəvi formadan tamamilə fərqlidir. Belə ki, əzbərlənmiş dialoqlar və darıxdırıcı mövzular üzrə qoyulmuş standart suallara cavablar bu metoda tamamilə yaddır. Şəxsi təcrübəmizdən də bilirik ki, bu formada öyrənilən hər bir material tez bir zamanda unudula bilər.
Müasir dərs vəsaitləri canlı, ünsiyyət xarakteri daşıyan, qrup proyektləri, oyunlar, müasir alman dilinin söz ehtiyatının və qrammatikasının öyrənilməsinə yönəlmişdir. Oxuma, dinləmə, yazma və danışıq bacarığı – hamısı birlikdə dərs ərzində inkişaf etdirilir. Tələbənin analiz etmə qabiliyyəti, məntiqi düşüncəsi də bir sıra aktual sualları araşdırdıqda və elmi müzakirələri aparan zaman inkişaf etmiş olur. Bizim alman dili dərslərimizdə siz nəinki alman dilini öyrənirsiniz, həmçinin müxtəlif elmi, siyasi mətnlərin sayəsində dünyagörüşünüzu də artırırsınız.

Alman dilinin öyrənilməsi üzrə biz aşağıdakı seçimləri təklif edirik:

  • Qrup şəklində məşğələlər (il boyu BDM-in auditoriyalarında keçirilir)
  • Müəssisə və firmalarda qrup məşğələləri (BDM müəllimləri tərəfindən)
  • Fərdi məşğələlər
Copyright © 2017 BDM
developed by ibp