BDM xoş gəlmisiniz

Beynəlxalq Dil Mərkəzi

Beynəlxalq Dil Mərkəzi 2010-cu il iyun ayından fəaliyyət göstərir.

Mərkəzin əsas məqsədi gənc tələbələrə və alimlərə Avropa dillərinin (Alman, Ingilis, Rus, Fransiz, Ispan) öyrədilməsində və əsasən Almaniya Federativ Respublikası, Avstriya Respublikası, İsveçrə Konfederasiyası və eləcə də digər Avropa universitetlərinin təhsil sistemi ilə tanış olmaqda yardımçı olmaq və onları bu yolda dəstəkləməkdir.

BDM xoş gəlmisiniz

Beynəlxalq Dil Mərkəzi

Beynəlxalq Dil Mərkəzi 2010-cu il iyun ayından fəaliyyət göstərir.

Mərkəzin əsas məqsədi gənc tələbələrə və alimlərə Avropa dillərinin (Alman, Ingilis, Rus, Fransiz, Ispan) öyrədilməsində və əsasən Almaniya Federativ Respublikası, Avstriya Respublikası, İsveçrə Konfederasiyası və eləcə də digər Avropa universitetlərinin təhsil sistemi ilə tanış olmaqda yardımçı olmaq və onları bu yolda dəstəkləməkdir.

İstifadəçi Girişi

İstifadəçi Adı :
Şifrə :
Şifrəmi Unutdum
İstifadəçi paneli
#_dili #_dili #_dili #_dili
BDM
Tədris sistemi
Müəllimlər
Tərəfdaşlar
Məqalələr
İş elanları

Müəllimlər

Əliyeva İnarə - Kordinator / Alman dili müəllimi

  • Azərbaycan Dillər Universitetinin Alman dili tərcümə fakültəsində magistr, daha sonra Berlin Azad Universitetində Linqivistika ixtisası üzrə master təhsili alıb.
  • Berlin Deputatlar evinin təhsil fondu və DAAD-nin təqaüd proqramları sayəsində müxtəlif illərdə Almaniyada təhsilini artırmışdır.
  • Daha öncə Avrasiya Universitetində, Odlar Yurdu universitetində alman dilini tədris edib və uzun müddət Bakıda Almaniya Akademik Mübadilə Xidmətinin əməkdaşı (DAAD) olmuşdur.
  • 1999-2001-ci illərdə DAAD proyekti çərçivəsində Alman-Azərbaycan lüğətinin tərtib olunmasında iştirak edib.
  • Almaniyanın Bonn şəhərində DAAD bürosunda, Berlində Almaniya Qərb-Şərq  Təşkilatları federal Birliyində (BDWO) və müxtəlif beynəlxalq təşkilatlarda təcrübələr keçib.
  • Almaniyada TestDaF İnstitutunun, Telc mərkəzinin müxtəlif  seminarlarında və çoxlu sayda müəllimlər üçün təkmilləşdirmə kurslarında iştirak edib.
  • TestDaF, Telc C1 dil sertifikatlarına və Telc A1-C2 səviyyələrində imtahan götürmə lisenziyalarına (lizenzierte telc A1-C2 Prüferin) sahibdir.
  • 2010-cu ildən BDM-də kordinator vəzifəsində çalışır və eyni zamanda B2-C1 səviyyələrində və TestDaF hazırlıq qruplarında Alman dilini tədris edir.

Abdullayeva Gülnar - Alman dili müəllimi

  • Azərbaycan Dillər Universitetinin “Alman dilinin metodika və metodologiyası” ixtisası üzrə magistratura pilləsini bitirib.
  • 2009-cu ildə Almaniyanın Tübingen şəhərində Karls-Eberhard Universitetində yay akademiyasının iştirakçısı olub.
  • Bakı Avrasiya Universitetində, Oksford Məktəbində, Azərbaycan Dillər Universitetində alman dilini tədris edib.
  • 2013-cü ildə Almaniyanın Berlin şəhərində Goethe İnstitutunun C1 ixtisasartırma kurslarında, Gürcüstanda alman dili müəllimləri üçün yay məktəbində və bir sıra təkmilləşmə kurslarında iştirak edib.
  • 2012-ci ildən Beynəlxalq Dil Mərkəzində A1-B1 səviyyələri üzrə Alman dilini tədris edir.

Babayeva Firəngiz – Alman dili müəllimi

  • Azərbaycan Dillər Universitetinin Germanistika fakültəsində bakalavr və magistr təhsili alıb.
  • 2008-ci ildə Alman-Azərbaycan Akademik mübadilə xidməti (DAAD) vasitəsilə Almaniyanın Bielefeld şəhərində “Alman dili (DaF) dərslərinin metodika və didaktikası” mövzusunda təkmilləşdirmə kursunda iştirak edib.
  • Müxtəlif tarixlərdə Bakıda keçirilən “Avropa dillərinin ortaq çərçivə proqramı”, “Alman dili (DaF) dərslərində səhvlər və onların korrektə edilməsi” mövzusunda seminarların iştirakçısı olub.
  • Azərbaycan Dillər Universitetində dərs demiş, 2012-ci ildə Düsseldorfda B2 və C1 kurslarında prakrik təcrübə keçmişdir.
  •  2011-ci ildən BDM-də A1-B2 səviyyələri üzrə Alman dilini tədris edir.

Balaməmmədova Aygün – Alman dili müəllimi

  • Ali təhsilini Azərbaycan Dillər Universitetinin “Alman dili və ədəbiyyatı” fakültəsinin magistratura pilləsində almışdır.
  •  Almaniyada C1, C2.1 kurslarında və müxtəlif vaxtlarda Alman dili müəllimlərinin ixtisasartırma seminarlarında iştirak edib.
  • Ali təhsilini başa vurduqdan sonra Zaqatala rayonunda orta məktəbdə alman dili müəllimi kimi çalışıb. Daha sonra müxtəlif kurslarda alman dilini tədris edib, tərcümə şirkətlərində tərcüməçi kimi fəaliyyət göstərib. Azərbaycan Turizm  İnstitutunda dərs deyib.
  • Hazırda Azərbaycan Respublikası yanında İdarəçilik Akademiyasında və 2012-ci ildən BDM-də  A1-B1 səviyyələri üzrə Alman dilini tədris edir.

Bəşirova Gülşən - Kordinator

  • Azərbaycan Dillər Universitetində “Tərcümə” ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
  • 1999-cu ildə Alman Akademik Mübadilə Xidməti vasitəsilə Almaniyanın Potsdam şəhərində yay dil məktəbində iştirak edib.
  • 2005/2006-cı dərs ilində Berlin Deputatlar evinin təhsil fondunun stipendiyasını qazanaraq, Humboldt Universitetinin “Yeni alman ədəbiyyatı” fakultəsində elmi araşdırmalar aparmışdır.
  • AR Xarici İşlər Nazirliyində və Azərbaycanın Almaniyadakı səfirliyində praktik təcrübə keçib.
  • Prof. Əhməd Omid Yəzdaninin “Almanca-Azərbaycanca” lüğətinin redaktəsində iştirak edib.  Müxtəlif yerli və xarici şirkətlərdə tərcüməçi, ofis menecer və icraçı menecer kimi çalışıb, müxtəlif dünya və yerli təşkilatların bir sıra layihələrində yazılı və şifahi tərcümə işlərini yerinə yetirib. Uzun müddət orta məktəbdə Alman dilini tədris edib.
  • Hazırda BDM-də kordinator vəzifəsində çalışır.

Cabbarova Arzu – Alman dili müəllimi

  • Azərbaycan Dillər Universitetinin “Alman dilinin filologiyası” ixtisası üzrə ali təhsil alıb.
  • Elmlər namizədidir.
  • Goethe İnstitutu, Max Hueber nəşriyyatı  tərəfindən Bakıda, Almaniyanın müxtəlif şəhərlərində və Gürcüstanda təşkil olunan seminarlarda iştirak edib.
  • Avstriyanın Klagenfurt şəhərində Alpen-Adria Universitetində intensiv alman dili kursu keçərək C1 sertifikatı alıb.
  • 1998-ci ildən bəri Azərbaycan Dillər Universitetinin “Leksikologiya və üslubiyyat” kafedrasının müəllimidir.
  • 2012-ci ildən BDM-də A1-C1 səviyyələri üzrə və TestDaF imtahanına hazırlıq qruplarında Alman dilini tədris edir.

Məmmədov Cavidan – Alman dili müəllimi

  • Azərbaycan Dillər Universitetində “Alman dili tərcümə” ixtisası üzrə bakalavr və Bakı Slavyan Universitetində magistr təhsili almışdır.
  • 2010-cu ildə Azərbaycan Respublikası ali məktəb tələbələri arasında keçirilən alman dili üzrə respublika fənn olimpiadasının qalibidir.
  • Almaniyada müxtəlif təkmilləşdirmə kurslarında iştirak etmişdir.
  • 2014-cü ildə Almaniyada TELC A1 və Telc A2 imtahanlarını götürmək üçün lisenziya (TELC-Prüferlizenz A1/A2) alıb.
  • 2013-cü ildən BDM-də A1-A2 səviyyələri üzrə Alman dilini tədris edir.  

Babayeva Məryəm – Alman dili müəllimi

  • Ali təhsilini Azərbaycan Dillər Universitetinin “Alman dili filologiyası” ixtisası üzrə alıb.
  • Elmlər namizədidir.
  • Müxtəlif vaxtlarda Almaniyada, Gürcüstanda, Avstriyada və Azərbaycanda keçirilən çoxlu sayda təkmilləşdirmə kurslarında iştirak edib. Dəfələrlə Amsterdamda, Almaniyada və İtaliyada keçirilən alman dili müəllimlərinin beynəlxalq qurultayının iştirakçısı olub.
  • Azərbaycan Dillər Universitetində “Müasir alman dili” kafedrasının müəllimidir.
  • Məqsədi “Alman dili xarici dil kimi” məşğələlərinin ən yeni metodlarını əsaslı şəkildə təhlil etmək və onlardan faydalanmaq, eləcə də dərs zamanı 4 bacarığı: oxuma, yazma, eşitmə, danışma bacarıqlarını eyni zamanda paralel şəkildə tələbələrə çatdırmaqdır.
  • 2011-ci ildən BDM-də A1-B2 səviyyələri üzrə Alman dilini tədris edir.

Quliyeva İradə - Metodist/ Alman dili müəllimi

  • Orta təhsilini qızıl medalla bitirib Azərbaycanda Dillər Universitetinə daxil olub
  • 1982-ci ildə həmin universiteti qırmızı diplomla başa vuraraq, alman və ingilis dili müəllimi peşəsinə yiyələnib. Həmin ildən etibarən  adı çəkilən ali məktəbdə və dil kurslarında müəllim işləyir.
  • Boxum universiteti ilə əməkdaşlıq çərçivəsində yeni eksperimental qrupun yaradıcılarından biri olub.
  • Uzun illər Almaniya səfirliyinin nəzdində keçirilən dil kurslarının rəhbəri olub. Həmçinin DAAD-nin nəzdində keçirilən və Tempus proqramı ilə təşkil edilən dil kurslarının və Goethe institutu, Almaniyanın Kassel universiteti və Azərbaycan Dillər universitetinin əməkdaşlığı çərçivəsində keçirilən müəllimlərin təkmilləşdirmə proqramının koordinatoru olub.
  • Sonuncunun 3 illik tam proqramını bitirərək  müvafiq 8 imtahandan uğurla keçib və sertifikat əldə edib. Bu sertifikat əsasında və Goethe institutunun dəstəyi ilə dəfələrlə Azərbaycanın müxtəlif şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Tovuz) müəllimləri təkmilləşdirmə seminarları aparıb.
  • İsveçrədə, Avstriyada, Almaniyada və İtaliyada keçirilən Beynəlxalq Müəllimlər qurultaylarında Azərbaycanı təmsil edib.
  • Multimediyanın dilin tədrisində tətbiqi sahəsində seminarlarda iştirak edərək online  imtahan verib “Multimedia Führerschein D” sertifikatını alıb.
  • Telc B1 və Telc B2 şifahi imtahanlarını götürmək üçün lisenziyaya (lizenzierte TELC B1-B2 Prüferin) sahibdir.
  • Dəfələrlə dilin müxtəlif sahələri ilə bağlı Azərbaycanda və dünyanın müxtəlif şəhərlərində  keçirilən seminarlarda və konfranslarda iştirak edib.
  • 2010-cu ildən BDM-in alman dili üzrə metodistidir və A1-C1 səviyyələri üzrə dərs deyir.

Bəkirli Səbinə - İngilis dili müəllimi

  • Azərbaycan Dillər Universitetinin İngilis dili fakultəsini bitirib.
  • Müxtəlif dil kurslarında ingilis dilini tədris etməklə yanaşı, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təşkil olunmuş seminarlarda iştirak etmişdir.
  • Hazırda Dövlət İqtisad Universitetinin “Biznesin təşkili və idarə olunması (MBA)” ixtisası üzrə ingilis dilində magistr təhsili alır.
  • Beynəlxalq Dil Mərkəzində “General English” və uşaqlar üçün ingilis dilini böyük həvəslə tədris edir.

Vahabova Məlahət -  Alman dili müəllimi

  • Azərbaycan Dillər Universitetinin məzunudur və həmin universitetdə hal hazırda Alman dilini tədris edir. 
  • İqtisadi alman dili üzrə təkmilləşdirmə kursu keçmiş və müxtəlif illərdə Avstriyada və Almaniyada ixtisasartırma kurslarında iştirak edib. 
  • Müxtəlif tarixlərdə Bakıda keçirilən “Metodika və didaktika”, “Ölkəşünaslığın didaktikası”, “Alman dili (DaF) dərslərində mətnlərin səhnələşdirilməsi” və digər mövzularda seminarların iştirakçısı olub.
  • 2014-cü ildə Frankfurtda Telc B1/B2 imtahanlarını götürmək üçün lisenziya (TELC-Prüferlizenz B1/B2) əldə edib.
  • Almaniyada müxtəlif vaxtlarda TestDaF imtahan hazırlığı seminarlarında iştirak edib və 2012-ci ildən BDM-də Alman dilini tədris edir.

Ağayeva Diana – İngilis dili müəllimi

 
  • Xerson Dövlət Universitetinin (Ukrayna) Xarici Filologiya (İngilis dili və ədəbiyyatı) fakultəsində Bakalavr və Magistr təhsili alıb.
  • Fərqlənmə diplomu ilə Universiteti bitirən Diana Ağayeva “Filoloq, ingilis dili və ədəbiyyatı müəllimi, rus dili müəllimi” ixtisaslarına yiyələnib.
  • Ali təhsilini bitirdikdən sonra Xerson Dövlət Dənizçilik Akademiyasının İngilis dili kafedrasında müəllim kimi fəaliyyət göstərib. Akademiyada işlədiyi zaman bir çox elmi konfranslarda, seminarlarda, praktikumlarda iştirak edib.
  • İşgüzar ingilis dili (Business English) dərsliyinin müəllifidir.
  • 2013-cü ildən Beynəlxalq Dil Mərkəzində İngilis dilini tədris edir.

Amaliya Akman – Metodist / İngilis dili müəllimi

 
  • Gəncə Dövlət Universitetinin “Filologiya” fakültəsini bitirib.
  • 2001-2004-cü illərdə Kembric Universitetinin Azərbaycanda fəaliyyət göstərən qurumu “S&P Training – English Language İnstitute”-da və İngiltərədə Master təhsili alıb.
  • Gəncə şəhərində Azərbaycan-Türkiyə Özəl Liseyində, S&P Training – English Language İnstitute”-da, Şəmkirdə Oksford Məktəbində, “ESAS” Gəncə Beynəlxalq Məktəbi və bir sıra beynəlxalq qurumlarda  ingilis dilini tədris edib.
  • İngilis dilinin tədrisi üzrə “S&P Training”-in seminarında,  İngiltərədə Bodenham şəhər ibtidai məktəbində və Vinterbourn ibtidai məktəbində təcrübə proqramlarında, CEF-ESAS “Valideynlərin vəzifələri, davranışın idarə edilməsi və Britaniya kurrikulumu üçün planlama” təlimlərində və müxtəlif məktəblərdə İngilis dili müəllimlərini təkmilləşdirmə layihələrində iştirak edib. 
  • Amaliya xanım BDM tədris mərkəzində İngilis dili üzrə metodist və eləcə də İngilis, Azərbaycan, Rus dillərini tədris edən peşəkar pedaqoqdur.
  • “A good teacher can inspire hope, ignite the imagination, and instill a love of learning” -Amaliya xanımın əsas dərs prinsipi bu şüara istinad edir.

Cahangirli Təbərrük – İngilis dili müəllimi

 
  • Türkiyənin İstanbul şəhərində ingilis təmayüllü M. K. Atatürk Anadolu Lisesinin məzunudur.
  • Azərbaycan Dillər Universitetində “İngilis dili və ədəbiyyatı” üzrə Bakalavr,  Avrasiya Universitetində “Ümumi dilçilik” üzrə Magistr dərəcəsi alıb. Hazırda həmin universitetdə Doktorantura pilləsində təhsilini davam etdirir.
  • Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Qərb Universitetində İngilis dilini tədris edir.
  • 2013-cü ildən BDM-də İngilis dilini tədris edir.

İbrahimova Günel – İngilis dili /IELTS müəllimi

 
  • Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakultəsində Magistr təhsili alıb.
  • Daha sonra Böyük Britaniyada Qlazqo Universitetində magistr dərəcəsi alıb.
  • 2012-ci ildən etibarən Cənubi Qafqaz Liberal Gənclər şəbəkəsinin idarə heyətinin üzvüdür.
  • Müxtəlif dil kurslarında Ümumi İngilis dilinin tədrisini və IELTS imtahanına hazırlığı aparıb.
  • Hal-hazırda Turizm İnstitutunda dərs deyir və eyni zamanda Beynəlxalq Dil Mərkəzində IELTS təlimçisidir.
  • Bütün tələbələri IELTS imtahanından minimal 6.5 / 7 bal toplayıblar.

Kazımova Nailə - Rus dili/Azərbaycan dili müəllimi

  M.F. Axundov adına Pedaqoji İnstitutun “Rus dili və ədəbiyyatı” fakultəsini bitirib. Uzun illər orta məktəbdə və Bakı Dövlət Universitetində rus dilini tədris edib. 2012-ci ildən BDM-də rus dilini və əcnəbilər üçün Azərbaycan dilini tədris edir.

Martinez Emmanuel – İngilis dili / İspan dili müəllimi

 
  • İspaniyada Saraqosa Universitetinin “İngilis dili və Ədəbiyyatı” fakultəsini bitirib.
  • Drezden Universitetində 9 aylıq mübadilə proqramında iştirak edib.
  • Moskvada Puşkin adına institutda 6 aylıq rus dili kurslarını bitirib.
  • Uzun müddət İspaniyada orta məktəblərdə ingilis, alman və fransız dili müəllimi kimi çalışıb.
  • Bir sıra layihələrdə ingilis və ispan dili tərcüməçisi kimi iştirak edib.
  •  İspaniyanın Rəsmi Dil Məktəbinin (E.O.İ) ingilis, alman, fransız və rus dilləri üzrə “peşəkarlıq” dərəcəsinə sahibdir.
  • 2013-cü ildən Beynəlxalq Dil Mərkəzində ingilis və ispan dillərini tədris edir.

Bəşirov Fariz – Asisstent

 
  • Bakı Slavyan Universitetinin “Jurnalistika” fakültəsinin tələbəsidir.
  • Proses.az xəbər saytında müxbir işləmişdir.
  • Hal-hazırda Azərbaycan Milli Radiosunun “Səhər” redaksiyasında aparıcılıq edir.
  • Eləcə də Beynəlxalq Dil Mərkəzində asisstent vəzifəsində çalışır.

 

Beynəlxalq Dil Mərkəzi

Tel : (+994) 12 480 40 28 - 12 595 82 61
Mob : (+994) 50 322 46 52
E-poçt : info@bdm.az
Cəfər Cabbarlı küç. 29, AZ 1065, Nizami metrostansiyası, Yasamal r-nu, Bakı ş., Azərbaycan
/ BDM
Copyright © 2017 BDM
developed by ibp